
Honor Magic 6 RSR Porsche Design smartfonunun təqdimatı anons edilib (VİDEO)
Cihazlar+
26.02.2024
Emil
Honor şirkəti Magic 6 Pro-nun təqdimatı zamanı adi Honor Magic 6-nın xüsusi versiyasının nə zaman təqdim olunacağını elan edib. Söhbət, Honor Magic 6 RSR Porsche Design-dan gedir. Qeyd etmək lazımdır ki, Honor Magic 6-nın bu xüsusi versiyasının dizaynı Honor ilə Porsche Design komandasının birgə əməkdaşlığı çərçivəsində hazırlanıb. Beləliklə şirkət bildirib ki, Honor Magic 6 RSR Porsche Design modeli artıq gələn ay təqdim olunacaq. Konkret təqdimat tarixi isə daha sonra açıqlanacaq. Çox güman ki, Honor Magic 6 RSR Porsche Design modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Snapdragon 8 Gen 3 prosessoru, üçlü arxa kamera, 5500 və ya 5600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
