main-post-cover

    Honor Magic 6 smartfon seriyasına minimum 3 model daxil olacaq

    Cihazlar+
    05.12.2023
    Emil Nəcəfov
         Bir neçə saat bundan öncə Honor şirkəti Honor Magic 6 Lite smartfonunu təqdim etdi. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Honor Magic 6 smartfon seriyası barəsində yeni məlumatları təqdim edib. Onun sözlərinə əsasən Honor Magic 6 Lite-dan əlavə olaraq seriyaya 3 model də daxil olacaq. İnsayder həmin smartfonların adlarını açıqlamasa da bildirib ki, onlardan birincisi orta, ikincisi böyük, üçüncüsü isə çox böyük olacaq.
         Güman etmək olar ki, söhbət, Honor Magic 6, Magic 6 ProMagic 6 Ultimate adlı modellərdən gedir. İnsayder bildirib ki, çox böyük modelin arxa kamera sahəsi küncləri dairəvi formalı kvadrat şəklində, digər modellərin arxa kamera sahələri isə dairəvi şəkildə olacaq. Bütün Honor Magic 6 modelləri ikili ön kamera ilə təchiz olunacaqlar və ön kameralar ekran üzərindəki oval formalı çıxıntı daxilində yerləşəcəklər. Honor Magic 6 smartfon seriyasının gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 6 Lite smartfonu təqdim olunub
    honor-magic-6-lite-smartfonu-teqdim-olunub
    Honor Magic 6 Pro-ya aid olduğu iddia edilən foto ortaya çıxıb
    honor-magic-6-pro-ya-aid-oldugu-iddia-edilen-foto-ortaya-cixib
    Honor X50 GT-nin yenilənmiş versiyası təqdimata hazırlaşır
    honor-x50-gt-nin-yenilenmis-versiyasi-teqdimata-hazirlasir
    Honor qlobal bazarda Honor X7b smartfonunu təqdim edib - QİYMƏTİ
    honor-qlobal-bazarda-honor-x7b-smartfonunu-teqdim-edib-qiymeti
    Honor Çinin qatlana bilən smartfonlar bazarının liderinə çevrilib
    honor-cinin-qatlana-bilen-smartfonlar-bazarinin-liderine-cevrilib