
Honor Magic 6 smartfon seriyasının təqdimat tarixi ortaya çıxıb
Cihazlar+
25.12.2023
Emil
Heç sirr deyil ki, Honor şirkəti hal hazırda Honor Magic 6 smartfon seriyasının təqdimatına hazırlaşır. Görünür, təqdimat artıq çox yaxındır. Belə ki, Çinin ən böyük ticarət platformalarından biri olan JD.com sözügedən smartfon seriyasının nə zaman təqdim olunacağını açıqlayıb. Beləliklə məlumata əsasən Honor Magic 6 smartfon seriyası 11 yanvar tarixində Çində təqdim olunacaq. Əgər bu məlumat həqiqəti əks etdirirsə, Honor şirkəti yaxın günlərdə Magic 6 smartfonlarının reklam kampaniyalarına start verəcək. Qeyd etmək lazımdır ki, Honor-un bu yeni smartfon seriyasına minimum 4 modelin daxil olacağı gözlənilir. Onlardan biri isə şirkətin Porsche Design komandası ilə xüsusi olaraq hazırlanıb.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
