
Honor Magic 6 smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
Cihazlar+
08.12.2023
Emil
Heç kim üçün sirr deyil ki, Honor şirkəti hal hazırda Honor Magic 6 smartfon seriyasının təqdimatına hazırlaşır. Son günlərdə bu smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxmağa başlayıb. Bu isə Honor Magic 6 smartfonlarının yaxın zamanda təqdim olunacaqlarına işarə edir. Bu dəfə insayderlər Honor Magic 6 smartfon seriyasının nə zaman təqdim olunacağını açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən Honor Magic 6 smartfonları artıq gələn ay təqdim olunacaqlar. Dəqiq təqdimat tarixi isə hələ məlum deyil. Qeyd etmək lazımdır ki, Honor Magic 6 smartfon seriyasına minimum 3 model daxil olacaq. Honor Magic 6, Magic 6 Pro və Magic 6 Ultimate. Artıq məlumdur ki, bu smartfon seriyasına daxil olacaq bəzi modellər Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaqlar.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
