main-post-cover

    Honor Magic 6 smartfonu Honor X9b-nin kopyası ola bilər

    Cihazlar+
    30.10.2023
    Emil Nəcəfov
         Artıq məlumdur ki, Honor şirkəti hal hazırda Magic 6 smartfon seriyası üzərində çalışır. Keçən həftə şirkət rəsmi şəkildə təsdiqlədi ki, sözügedən smartfon seriyasında Snapdragon 8 Gen 3 prosessorundan istifadə ediləcək. Qeyd etmək lazımdır ki, bu smartfon seriyasına Honor Magic 6Magic 6 Pro modelləri daxil olmalıdırlar. Lakin Magic 6 seriyasının həmçinin Snapdragon 8 Gen 3 vasitəsilə deyil, daha aşağı performanslı prosessor vasitəsilə çalışacaq modeli də olacaq.
         Söhbət, Honor Magic 6 Lite smartfonundan gedir. İndi isə Honor Magic 6 Lite barəsində məlumat ortaya çıxıb. Belə ki, bu smartfon ALI-NX1 kataloq nömrəsi ilə Google Play dəstəkli smartfonlar siyahısında aşkar edilib. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə təqdim edilmiş Honor X9b smartfonu da eyni kataloq nömrəsinə sahibdir. Nəzərə alsaq ki, Honor daha öncə də X seriyasının smartfonlarını Magic seriyası altında satışa çıxardıb, Magic 6 Lite modelinin texniki göstəricilər baxımından Honor X9b ilə eyni olacağı ehtimalı yüksəkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 6-da olacaq süni zəka funksiyalarından biri sərgilənib (VİDEO)
    honor-magic-6-da-olacaq-suni-zeka-funksiyalarindan-biri-sergilenib-video
    Honor Magic 6 smartfonlarının hansı prosessor vasitəsilə çalışacaqları rəsmi şəkildə təsdiqlənib
    honor-magic-6-smartfonlarinin-hansi-prosessor-vasitesile-calisacaqlari-resmi-sekilde-tesdiqlenib
    Honor Magic 6 Pro-nun real fotoları təqdim edilib
    honor-magic-6-pro-nun-real-fotolari-teqdim-edilib
    Orta büdcəli Honor X9b smartfonu təqdim edilib
    orta-budceli-honor-x9b-smartfonu-teqdim-edilib
    Honor X9b smartfonunun render fotosu və texniki göstəriciləri təqdim edilib
    honor-x9b-smartfonunun-render-fotosu-ve-texniki-gostericileri-teqdim-edilib