main-post-cover

    Honor Magic 6 və Magic 6 Pro təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    11.01.2024
    Emil Nəcəfov
         Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Honor şirkəti sonunda Honor Magic 6 smartfon seriyasını təqdim edib. Sözügedən seriyaya keçən ilin sonunda təqdim edilmiş Magic 6 Lite ilə yanaşı indi də Magic 6 Magic 6 Pro modelləri daxil oldular. Təqdim olunmuş bu smartfonlar həm xarici görünüş həm də texniki göstəricilər baxımından bir-birilərindən fərqlənirlər. Xarici görünüş mövzusunda fərq smartfonların ön panellərini əhatə edir. Belə ki, adi Honor Magic 6 modelinin ekranı üzərində kiçik dairəvi çıxıntı olduğu halda Magic 6 Pro modelinin ekranı üzərində oval formalı çıxıntı yerləşir. Adi Honor Magic 6 modeli 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2800х1264 piksel keyfiyyətli 6.78 düym LTPO OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir.
         Honor Magic 6 Pro modeli isə 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2800х1280 piksel keyfiyyətli 6.8 düym LTPO OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Hər iki smartfonda barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Üstəlik Honor Magic 6 Pro-nun gövdəsi IP68 standartı üzrə sudan qorunur. Sözügedən smartfonlar özlərində stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirirlər. Hər iki smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM-a sahibdir. Adi Honor Magic 6 modeli 256/512 GB daxili yaddaş həcmini, Honor Magic 6 Pro modeli isə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib.
         Kameralara gəldikdə Honor Magic 6 modeli 50 MP (f/1.9 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, avtofokus, 122 dərəcə bucaq əhatəsi) + 32 MP (f/2.4 diafraqma, 2.5 qat optik zoom, 50 qat rəqəmsal zoom, optik stabilizasiya) üçlü arxa kamera və 50 MP-lik ön kamera ilə təchiz olunub. Honor Magic 6 Pro-nun kameralarına gəldikdə isə o, 50 MP (f/1.4-2.0 dəyişkən diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, avtofokus, 122 dərəcə bucaq əhatəsi) + 180 MP (f/2.6 diafraqma, 2.5 qat optik zoom, 100 qat rəqəmsal zoom, optik stabilizasiya) üçlü arxa kamera və 50 MP + ToF ön kamera ilə təchiz olunub. Smartfonlar həmçinin batareya həcmi mövzusunda da fərqlənirlər. Belə ki, Honor Magic 6 modeli 66 vatt gücündə sürətli şarj texnologiyalı 5450 mAh enerji tutumlu batareyanı əldə edib və o, 50 vatt gücündə sürətli naqilsiz şarj tenxologiyasını dəstəkləyir.
         Honor Magic 6 Pro modeli isə 80 vatt gücündə sürətli şarj texnologiyalı 5600 mAh enerji tutumlu batareyanı əldə edib və 66 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Hər iki smartfon qutudan Android 14 vasitəsilə çalışır. Üstəlik Honor Magic 6 smartfonlarının daha bir özəllikləri ondan ibarətdir ki, onlar peyk rabitəsi funksiyasını əldə ediblər. Smartfonlar 18 yanvar tarixində Çin bazarında satışa çıxacaqlar. Onların qlobal versiyalarının nə zaman təqdim olunacağı isə hələ bilinmir. Honor Magic 6 smartfonlarının Çin bazarındakı qiymətləri aşağıdakı kimi olacaq.
    12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor Magic 6 - 614$
    16 GB RAM-a və 256 GB yaddaşa sahib Honor Magic 6 - 656$
    16 GB RAM-a və 512 GB yaddaşa sahib Honor Magic 6 - 698$
    12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor Magic 6 Pro - 795$
    16 GB RAM-a və 512 GB yaddaşa sahib Honor Magic 6 Pro - 865$
    16 GB RAM-a və 1 TB yaddaşa sahib Honor Magic 6 Pro - 935$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimatdan öncə Honor Magic 6 Pro-nun render fotosu təqdim edilib
    teqdimatdan-once-honor-magic-6-pro-nun-render-fotosu-teqdim-edilib
    Honor Magic 6-nın rəsmi fotosu təqdim edilib
    honor-magic-6-nin-resmi-fotosu-teqdim-edilib
    Honor X50 GT smartfonu təqdim edilib - QİYMƏTİ
    honor-x50-gt-smartfonu-teqdim-edilib-qiymeti
    Honor Magic 6 smartfonunun ön paneli sərgilənib
    honor-magic-6-smartfonunun-on-paneli-sergilenib
    Honor X50 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    honor-x50-pro-smartfonu-teqdim-edilib-qiymeti