Logo
    main-post-cover

    Honor Magic 8 Pro barəsində ilk təfərrüatlar təqdim edilib

    Cihazlar+
    10.07.2025
         Honor şirkəti bu ilin payız fəslində Honor Magic 8 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Honor Magic 8 Pro olacaq. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən model barəsində bəzi təfərrüatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Honor Magic 8 Pro smartfonu 6.71 düym ölçülü ekrana sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Honor Magic 7 Pro modeli 6.8 düym ölçülü ekran ilə təchiz olunur.
         Beləliklə yeni smartfonda ekran cüzi də olsa kiçik olacaq. Məlumatda qeyd edilib ki, yeni smartfon Snapdragon 8 Elite 2 prosessoru vasitəsilə çalışacaq. Smartfonun əsas fərqləndirici özəlliklərindən biri kamera bloku olacaq. Kamera blokunun daxilində isə 200 MP-lik əsas arxa kamera yerləşəcək. Cihazın batareya həcmi 7000 mAh və ya ondan bir qədər böyük təşkil edəcək. Bununla yanaşı Honor Magic 8 Pro 100 vatt gücündə sürətli naqilli şarj texnologiyasını və 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Honor Magic 8 Pro barəsində ilk təfərrüatlar təqdim edilib | Technote