Logo
    main-post-cover

    Honor Magic 8 Pro smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    03.10.2025
    Emil
         Honor şirkəti yaxın müddətdə Honor Magic 8 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Honor Magic 8 Pro olacaq. İndi isə məlum olub ki, Honor Magic 8 Pro smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Honor Magic 8 Pro-nun prosessoru özündə 2 ədəd 4.61 GHz tezlikli nüvəni və 6 ədəd 3.63 GHz tezlikli nüvəni birləşdirir. Bu göstəricilər isə məhz yeni Snapdragon 8 Elite Gen 5 prosessoruna işarə edirlər. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, Honor Magic 8 Pro qutudan Android 16-nı əldə edəcək. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 3634 xal, çoxnüvəli testi çərçivəsində isə 10813 xal toplayıb.
    Paylaş