Honor Magic 8 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
Honor şirkəti rəsmi şəkildə Honor Magic 8 smartfon seriyasının təqdimatını anons edib. Bu seriyaya minimum iki model daxil olacaq: Honor Magic 8 və Magic 8 Pro. Şirkətin rəsmi anonsuna əsasən Magic 8 seriyası 15 oktyabr tarixində Çində təqdim olunacaq. Bununla yanaşı şirkət Magic 8 Pro modelinin rəsmi fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfonun arxa paneli əks olunub. Görmək olar ki, Magic 8 Pro-nun arxa panelində böyük ölçüdə dairəvi kamera sahəsi yerləşib. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcuddur. Qeyd etmək lazımdır ki, Honor hələ bir müddət əvvəl təsdiqləmişdi ki, Magic 8 seriyasında Snapdragon 8 Elite Gen 5 prosessorundan istifadə ediləcək.
Paylaş