
Honor Magic 8 Ultra flaqman smartfonu barəsində təfərrüatlar təqdim edilib
Honor şirkəti yaxın aylar ərzində Honor Magic 8 smartfon seriyasını təqdim etməlidir. Gözləntilərə əsasən bu seriyaya daxil olacaq modellərdən biri də Honor Magic 8 Ultra olacaq. Bu modelin Samsung Galaxy S26 Ultra və Xiaomi 16 Ultra kimi smartfonlarla rəqabət aparacağı güman edilir. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Honor Magic 8 Ultra-nın texniki imkanları barəsində təfərrüatları bölüşüb.

İnsayderin sözlərinə əsasən hazırlanan Honor Magic 8 Ultra smartfonu Snapdragon 8 Elite 2 prosessoru vasitəsilə çalışacaq. Bu prosessor smartfonu hətta ən tələbkar tapşırıqlar çərçivəsində də yüksək performans ilə təmin etməlidir. Məlumatda qeyd edilib ki, Honor Magic 8 Ultra-nın prototipi özündə LOFIC dəstəkli böyük ölçülü OmniVision kamera sensorunu və optik zoom-dan cavabdeh olan 200 MP-lik periskop kamera modulunu birləşdirir. İnsayder bildirib ki, Honor mühəndislərinin sözlərinə əsasən “Honor Magic 8 Ultra onun indiyədək heç zaman görmədiyi bir şeydir”.
Paylaş