main-post-cover

    Honor Magic V Flip-in xarici ekranının imkanları reklam videosu ilə sərgilənib (VİDEO)

    Cihazlar+
    06.06.2024
    Emil Nəcəfov
         Honor şirkəti artıq 13 iyun tarixində Magic V Flip adlı ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edəcək. Bununla belə şirkət istifadəçilərin maraqlarını bu smartfona cəlb etməyə davam edir. Bu istiqamətdə şirkət Honor Magic V Flip-in reklam videosunu təqdim edib. Təqdim edilmiş videoda əsas diqqət smartfonun xarici ekranına ayrılıb. Beləliklə videoya əsasən smartfonun xarici ekranının əsas faydalı özəlliklərindən biri istifadəçi tərəfindən mütəmadi şəkildə istifadə edilən tətbiqlərin xarici ekranda işə salınması olacaq.
         Bu cür tətbiqlərə sosial şəbəkələr, xəritələr, çatdırılma xidmətləri və ya taksi servisləri aid edilə bilər. Bununla yanaşı istifadəçi xarici ekran vasitəsilə qısa videoları da izləyə bilər. Xarici ekranın böyük ölçüdə olması onun vasitəsilə bir çox əməliyyatı yerinə yetirməyə imkan verir. Bununla belə xarici ekranın 35%-i vaxt və bildirişlər kimi faydalı məlumatların əks olunmasına hədəflənib. Qeyd etmək lazımdır ki, Honor Magic V Flip ya MediaTek ya da Snapdragon prosessoru vasitəsilə çalışacaq və özündə 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən qapaqlı Honor Magic V Flip smartfonunun təqdimatı anons edilib
    qatlana-bilen-qapaqli-honor-magic-v-flip-smartfonunun-teqdimati-anons-edilib
    Honor 200 və Honor 200 Pro təqdim edilib - QİYMƏTİ
    honor-200-ve-honor-200-pro-teqdim-edilib-qiymeti
    Honor markası uyğun qiymətli Earbuds A qulaqlığını təqdim edib! - QİYMƏTİ
    honor-markasi-uygun-qiymetli-earbuds-a-qulaqligini-teqdim-edib-qiymeti
    Honor şirkəti Honor X60 smartfon seriyası üzərində çalışır
    honor-sirketi-honor-x50-smartfon-seriyasi-uzerinde-calisir
    Honor 200 smartfonlarının texniki imkanları ətraflı şəkildə ortaya çıxıblar
    honor-200-smartfonlarinin-texniki-imkanlari-etrafli-sekilde-ortaya-cixiblar