
Honor Magic V Purse adlı konseptual qatlana bilən smartfon təqdim edilib
Cihazlar+
01.09.2023
Emil
Honor şirkəti Berlində keçirilən IFA 2023 sərgisi çərçivəsində Magic V Purse adlı yeni konseptual qatlana bilən smartfonunu təqdim edib. Təqdim olunmuş bu yeni qatlana bilən smartfonun əsas fərqləndirici tərəfi onun dizaynıdır. Belə ki, alıcılar sözügedən smartfonu müxtəlif uzunluqda olan kəmərlər vasitəsilə kiçik çanta kimi gəzdirə bilərlər. Xarici görünüşündən də göründüyü kimi Magic V Purse daha çox qadınlar üçün nəzərdə tutulub.

Bununla yanaşı Magic V Purse smartfonu digər qatlana bilən smartfonlar ilə müqayisədə fərqli şəkildə qatlanır. Belə ki, Honor-un bu yeni konseptual smartfonu daxili istiqamətə deyil, xarici istiqamətə qatlanır. Smartfonun tam açıq vəziyyətdə qalınlığı 9 mm təşkil edir. Şirkətin sözlərinə əsasən o, 400 000 dövr qatlanmaya tab gətirə bilir. Honor Magic V Purse modelinin texniki göstəriciləri barəsində heç bir məlumat verilməyib. Bununla yanaşı onun nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı da bilinmir. Heç istisna deyil ki, smartfonun tam təqdimatı yaxın zamanda Çində baş tutsun.




Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
