
Honor Magic V2 bazarın ən nazik qatlana bilən smartfonu olacaq
Honor şirkətinin yeni təqdimatından öncə qatlana bilən Honor Magic V2 smartfonunun əsas özəlliklərindən biri məlum olub. Şirkət təmsilçiləri daha öncə də bu smartfonun bazarda ən nazik qatlana bilən smartfonu olacağı barəsində məlumat vermişdilər. Lakin Ice Universe ləqəbli məşhur insayder Honor Magic V2-nin nə qədər nazik olacağını açıqlayıb. Onun təqdim etmiş olduğu fotodan da görmək olar ki, Honor-un yeni qatlana bilən smartfonu qatlanmış vəziyyətdə 9.9 mm qalınlığa, tam açıq vəziyyətdə isə 4.7 mm qalınlığa sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Honor Magic V-nin qalınlığı 14.3 mm, Xiaomi Mix Fold 2-nin qalınlığı 11.2 mm, Huawei Mate Xs 2-nin qalınlığı 11.1 mm, Galaxy Z Fold 4-ün qalınlığı isə 14.2 mm təşkil edir. Yeni Magic V2-nin çəkisi isə cəmi 231 qramm təşkil edəcək.
Paylaş
Bənzər xəbərlər