
Honor Magic V5-in nazik gövdəsini sərgiləyən rəsmi fotolar təqdim edilib
Cihazlar+
20.06.2025
Emil
Honor şirkəti 2 iyul tarixində qatlana bilən Honor Magic V5 smartfonunu təqdim edəcək. İndi isə şirkət sözügedən smartfonun bəzi fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfonun ön və arxa paneli deyil, kənar və üst hissələri sərgilənib. Bu üsul ilə şirkət Honor Magic V5-in gövdəsinin nə dərəcədə nazik olacağına işarə edir. Şirkət bildirib ki, Honor Magic V5 öz gövdəsinin nazikliyi və yüngüllüyü hesabına qatlana bilən smartfonlar arasında istifadəçi təcrübəsini yeni səviyyəyə qaldıracaq.
Son məlumatlara əsasən smartfon 7.9 düym ölçülü daxili ekranla və 6.4 düym ölçülü xarici ekranla təchiz olunacaq. Smartfonun gövdə qalınlığı qatlanmış vəziyyətdə 8.8-8.9 mm, çəkisi isə 215 qram təşkil edəcək. Məlumatda qeyd edilib ki, smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Honor Magic V5-in olduqca nazik gövdəyə sahib olacağına baxmayaraq, o, böyük həcmli batareyanı əldə edəcək. Söhbət, 6100 mAh enerji tutumlu batareyadan gedir. İnsayderlər bildiriblər smartfon 50 MP-lik əsas arxa kameraya və 200 MP-lik telekameraya sahib olacaq.



Paylaş
Ən çox oxunanlar

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
