Logo
    main-post-cover

    Honor Magic V5-in qapalı vəziyyətdə gövdə qalınlığı məlum olub

    Cihazlar+
    24.06.2025
    Emil
         Artıq məlumdur ki, Honor şirkəti 2 iyul tarixində qatlana bilən Honor Magic V5 smartfonunu təqdim edəcək. İndi isə şirkət sözügedən yeni smartfonun vacib özəlliklərindən birini açıqlayıb. Söhbət, smartfonun gövdə qalınlığından gedir. Honor tərəfindən təqdim edilmiş yeni posterlərdən birində qeyd edilib ki, Honor Magic V5-in qapalı vəziyyətdə gövdə qalınlığı 8.8 mm təşkil edəcək. Bundan əlavə olaraq digər posterlərdən də görmək olar ki, smartfonun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq.
    Paylaş