
Honor Magic V5-in qlobal versiyasının təqdimatı anons edilib
Honor şirkəti keçən ay Çində qatlana bilən Magic V5 smartfonunu təqdim etmişdi. İndi isə şirkət sözügedən smartfonun qlobal versiyasının təqdimatını anons edib. Şirkətin təqdim etmiş olduğu posterə əsasən Honor Magic V5-in qlobal versiyasının təqdimatı 28 avqust tarixində Londonda baş tutacaq. Smartfonun qlobal versiyası 5820 mAh enerji tutumlu batareya ilə satışa çıxacaq. Qeyd etmək lazımdır ki, Honor Magic V5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2352x2172 piksel keyfiyyətli 7.95 düym ölçülü daxili OLED ekranla və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2376x1060 piksel keyfiyyətli 6.43 düym ölçülü xarici OLED ekranla təchiz olunub. Cihaz Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır.


Paylaş