main-post-cover

    Honor Magic5 seriyasının ilk smartfonu Magic5 Lite təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    16.02.2023
    Emil Nəcəfov
        Honor şirkəti MWC 2023 sərgisini gözləmədən Honor Magic5 Lite smartfonunu təqdim edib. Təqdim edilmiş Honor Magic5 Lite modeli tanınan dizaynı, Qualcomm prosessorunu, yüksək təsvir yenilənməsinə sahib ekranı və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor Magic5 Lite smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Ekranın kənar hissələri əyilmiş tərzdə reallaşdırılıb və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi 800 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon həmçinin özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və mono səsgücləndiricini birləşdirir.
        Əsas texniki göstəricilərə gəldikdə isə Honor Magic5 Lite modeli 8 nüvəli Snapdragon 695G prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 64 MP (f/1.8 diafraqma) + 5 MP (f/2.2 diafraqma) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 16 MP-lik (f/2.45 diafraqma) ön kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Onu da qeyd etmək lazımdır ki, Honor Magic5 Lite modeli RAM yaddaşının virtual şəkildə artırılması özəlliyini dəstəkləyir. Bu üsul ilə smartfonun RAM yaddaşını 11 GB-a kimi yüksəltmək olar. Smartfon MagicOS 6.1 interfeysli Android 12 vasitəsilə çalışır. Honor Magic5 Lite Avropa bazarında 20 fevral tarixində 380 avro qiymətində satışa çıxacaq. Qeyd etmək lazımdır ki, Honor Magic5 seriyasına daxil olacaq digər smartfonların MWC 2023 sərgisi çərçivəsində təqdim ediləcəkləri gözlənilir.
    Linki kopyala