
Honor MagicBook Pro 16 2025 HUNTER noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
30.04.2025
Emil
Honor şirkəti yeni yüksək performanslı noutbukunu təqdim edib. Noutbuk Honor MagicBook Pro 16 2025 HUNTER adlanır. Beləliklə sözügedən yeni noutbuk 165 Hz-lik təsvir yenilənməsinə sahib 3072x1920 piksel keyfiyyətli 16 düym ölçülü IPS ekranla təchiz olunub. Noutbuk iki versiyada təqdim edilib. Birinci versiya Intel Core Ultra 5 225H prosessoru vasitəsilə, ikinci versiya isə Intel Core Ultra 9 285H prosessoru vasitəsilə çalışır.

Hər iki versiya özündə NVIDIA GeForce RTX 5070 videokartını birləşdirir. Bununla yanaşı Honor MagicBook Pro 16 2025 HUNTER 32 GB RAM və 1 TB-lıq SSD ilə təchiz olunub. Noutbukun batareya həcmi isə 75 vat-saat təşkil edir. Onun çəkisi 1.86 kq-dır. Noutbuk özündə HDMI 2.1, USB-A və USB-C girişlərini birləşdirir. Honor MagicBook Pro 16 2025 HUNTER artıq Çində satışa çıxıb. Noutbukun Intel Core Ultra 5 225H prosessoru vasitəsilə çalışan versiyası 1582$-a satılır, Intel Core Ultra 9 285H prosessoru vasitəsilə çalışan versiyasının qiyməti isə 1651$-dan start götürür.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
