
Honor MagicPad 3 Pro flaqman planşetinin təqdimatı anons edilib
Honor şirkəti öz yeni flaqman planşetinin təqdimatını anons edib. Söhbət, MagicPad 3 Pro-dan gedir. Şirkətin rəsmi anonsuna əsasən bu yeni flaqman planşet 15 oktyabr tarixində Çində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, həmin tarixdə həmçinin şirkət Honor Magic 8 flaqman smartfon seriyasını təqdim edəcək. Honor-un təqdim etmiş olduğu posterdən də görmək olar ki, planşet yastı gövdə dizaynını əldə edib və onun arxa panelində kvadrat formalı kamera sahəsi yerləşir. Kamera sahəsinin daxilində isə 2 ədəd kamera mövcuddur. Gözləntilərə əsasən Honor MagicPad 3 Pro planşeti 13.3 düym ölçülü LCD ekranla təchiz olunacaq və Snapdragon 8 Elite Gen 5 prosessoru vasitəsilə çalışacaq.

Paylaş