
Honor markası uyğun qiymətli Earbuds A qulaqlığını təqdim edib! - QİYMƏTİ
Cihazlar+
30.05.2024
Aslan
Honor markası uyğun qiymətli olmağına baxmayaraq, Golden Ear səs sertifikatına və Hi-Fi 5 rəqəmsal siqnal prosessoruna sahib Earbuds A qualaqlığını təqdim edib.
Honor Earbuds A qulaqlıq modeli, 10 mm dinamik drayverlər və silikon ucu olmayan yarım qulaq içi dizaynı ilə birlikdə gəlir. Bluetooth 5.3 vasitəsilə qoşulan qulaqlıq, Golden Ear səs sertifikatına və Hi-Fi 5 rəqəmsal siqnal prosessoruna malikdir.

Səs-küyün ləğvi olmayan qulaqlıq modeli tək şarjla 9 saata qədər istifadə təklif edir və qutu ilə birlikdə 31 saata çata bilir. Bundan əlavə, qulaqlıq IP54 su sıçramalarına qarşı davamlılıq sertifikatına da sahibdir. Honor Earbuds A, 27 dollar qiymət etiketi ilə satılır.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
