Logo
    main-post-cover

    Honor MWC-də humanoid robotunu təqdim edəcək

    Cihazlar+
    24.02.2026
    Ilhama
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Honor bu il Barselonada keçiriləcək Mobile World Congress (MWC) sərgisində diqqətçəkən yeniliklərlə çıxış etməyə hazırlaşır. Şirkətin artıq müzakirələrə səbəb olan “Robot Phone” konsepti ilə yanaşı, ilk dəfə süni intellektlə işləyən humanoid robotunu da təqdim edəcəyi məlum olub.
        Honor bu barədə X platformasında paylaşdığı tizer video ilə məlumat verib. Videoda həm “Robot Phone”, həm onun robotik kamerası, həm də hələlik adı açıqlanmayan humanoid robot nümayiş olunur. Yayımlanan görüntülər robot haqqında müəyyən təsəvvür yaradır. Robot insanabənzər dizayna malikdir. Gözlərin yerləşdiyi hissədə işıq paneli (light bar) mövcuddur. Bundan əlavə, robotun alnında tək kamera yerləşdiyi görünür. Honor tərəfindən mediaya göndərilən əlavə fotoda isə robot yan profildən göstərilib.
        Hazırda cihazın texniki xüsusiyyətləri və funksiyaları barədə detallı məlumat verilməyib. Lakin Honor-un “robotika + mobil texnologiya” sintezini ön plana çıxarması, şirkətin süni intellekt və ağıllı cihazlar ekosisteminə daha ciddi şəkildə fokuslandığını göstərir. MWC ərəfəsində bu təqdimatın smartfon bazarında fərqlənmək istəyən Honor üçün strateji addım olduğu düşünülür.
    Paylaş