
Honor orta seqmentə aid olacaq yeni smartfon üzərində çalışır
Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Honor şirkəti orta seqmentə aid olacaq yeni smartfon üzərində çalışır. İnsayder həmçinin sözügedən smartfonun bəzi texniki özəllikləri barəsində məlumatı da təqdim edib. Beləliklə onun sözlərinə əsasən Honor-un yeni smartfonunun əsas fərqləndirici özəlliyi Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışması olacaq. Bununla yanaşı smartfon özündə 1.5K keyfiyyətli ekranı, 108 MP-lik əsas arxa kameranı və 5800 mAh enerji tutumlu batareyanı birlkəşdirəcək.
Smartfonda Snapdragon 6 Gen 1 prosessorunun olacağını nəzərə alaraq güman etmək olar ki, smartfon o qədər də yüksək qiymətə satılmayacaq. Bununla yanaşı insayder Honor-un digər yeni məhsulları barəsində məlumat da verib. Onun sözlərinə əsasən texniki göstəriciləri qeyd edilmiş smartfondan sonra qatlana bilən Honor Magic V2 smartfonu təqdim ediləcək. Magic V2 modeli daha nazik olmalıdır. Magic V2-dən sonra isə Magic Pad planşeti təqdim olunacaq. İnsayderin sözlərinə inansaq, hal hazırda aktual olan Magic 5 smartfon seriyasının davamçısı olacaq Magic 6 gələn ilin əvvəlində təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər