
Honor öz 3 qat qatlana bilən smartfonunu artıq gələn il təqdim edə bilər
Cihazlar+
30.09.2024
Emil
Huawei şirkəti bir neçə müddət bundan öncə Mate XT adlı ilk 3 qat qatlana bilən smartfonunu təqdim etdi. Daha sonra isə məlumat ortaya çıxdı ki, bu cür smartfon üzərində üstəlik Xiaomi şirkəti də çalışır. Görünür, 3 qat qatlana bilən smartfon üzərində Xiaomi ilə yanaşı Honor da çalışır. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən Honor şirkəti öz ilk 3 qat qatlana bilən smartfonunu gələn ilin sentyabr ayında baş tutacaq IFA 2025 texnologiya sərgisində təqdim etməyi planlaşdırır.
Məlumatda qeyd edilib ki, Honor-un 3 qat qatlana bilən smartfonunun gövdə qalınlığı 10 mm təşkil edə bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Huawei Mate XT-nin gövdə qalınlığı 12.8 mm-dir. Hal-hazırda Honor-un ən nazik qatlana bilən smartfonu Honor Magic V3-dür. Onun gövdə qalınlığı 9.2 mm təşkil edir. Görünür, qatlana bilən smartfonlar bazarının növbəti təkamül istiqaməti məhz 3 qat qatlana bilən smartfonlar olacaqlar. Bununla belə insayderlərin sözlərinə əsasən qatlana bilən smartfonların hazırlanması ilə aktiv məşğul olan OPPO və vivo şirkətləri 3 qat qatlana bilən smartfonları hazırlamağı hələ planlaşdırmırlar.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
