Honor Play 40 5G smartfonu təqdim edilib

Honor Play 40 5G smartfonu təqdim edilib

Mobil Cihazlar
18.05.2023 PAYLAŞIM

    Honor şirkəti Honor Play 40 5G adlı yeni smartfonunu təqdim edib. Parlaq dizayna sahib 5G dəstəkli bu smartfon gündəlik tapşırıqların yerinə yetirilməsi üçün balanslaşdırılmış texniki özəllikləri əldə edib. Beləliklə Honor Play 40 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1612x720 piksel keyfiyyətli 6.56 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün damcı formalı çıxıntı yerləşdirilib.


    Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 480+ prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi 13 MP + 2 MP ikili arxa kamera, 5 MP-lik ön kamera və 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Play 40 5G MagicOS 7.1 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfon 26 may tarixində Çin bazarında satışa çıxacaq. Onun satış qiymətləri barəsində məlumat isə daha sonra veriləcək.



DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×