
Honor Play 40 adlı yeni smartfon üzərində çalışır
Cihazlar+
02.05.2023
Emil
Honor şirkəti yeni büdcəli smartfon üzərində çalışır. Söhbət, Honor Play 40-dan gedir. Verilmiş məlumata əsasən sözügedən smartfon 2.2 GHz tezlikdə çalışan 8 nüvəli prosessor və 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumatda qeyd edilib ki, smartfonun batareyası sürətli şarj texnologiyasını dəstəkləməyəcək və smartfonun komplektində olacaq şarj adapterinin gücü isə 10 vatt təşkil edəcək. Bəzi məlumatlara əsasən Honor Play 40 smartfonu HD+ keyfiyyətli LCD ekrana, 13 MP + 2 MP ikili arxa kameraya və 5 MP-lik ön kameraya sahib olacaq. Honor Play 40-ın nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
