main-post-cover

    Honor Play 50 Plus smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.10.2023
    Emil Nəcəfov
         Dünən anons edildiyi kimi Honor şirkəti özünün Honor Play smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Honor Play 50 Plus-dan gedir. Honor-un bu yeni smartfonu aşağı satış qiymətinə sahib olsa da, özündə böyük həcmli batareyanı və ikili arxa kameranı birləşdirir. Beləliklə Honor Play 50 Plus smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym IPS ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi 850 nit təşkil edir.
         Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Honor Play 50 Plus özündə stereo səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon MediaTek Dimensity 6020 prosessoru, 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 35 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Play 50 Plus smartfonu Android 13 vasitəsilə çalışır. Smartfon artıq Çində satışa çıxıb və onun qiyməti 195$-dan start götürür. Honor Play 50 Plus-ın qlobal bazarda satılıb-satılmayacağı məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel 8a-nın render fotoları təqdim edilib
    google-pixel-8a-nin-render-fotolari-teqdim-edilib
    MSI şirkəti yeni gaming monitorunu təqdim edib
    msi-sirketi-yeni-gaming-monitorunu-teqdim-edib
    OnePlus öz ilk qatlana bilən smartfonunun tizer fotosunu təqdim edib
    oneplus-oz-ilk-qatlana-bilen-smartfonunun-tizer-fotosunu-teqdim-edib
    Samsung Galaxy A05s-i uzun müddət ərzində software dəstəyi ilə təmin etməyi planlaşdırır
    samsung-galaxy-a05s-i-uzun-muddet-erzinde-software-desteyi-ile-temin-etmeyi-planlasdirir
    Lenovo ThinkCentre M70a monoblokunun yeni versiyası üzərində çalışır
    lenovo-thinkcentre-m70a-monoblokunun-yeni-versiyasi-uzerinde-calisir