main-post-cover

    Honor qatlana bilən Honor Magic Vs smartfonunun ilk rəsmi fotolarını təqdim edib

    Cihazlar+
    16.11.2022
    Emil Nəcəfov
        Honor şirkəti qatlana bilən yeni Honor Magic Vs smartfonunun ilk rəsmi fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfonun xarici ekranını, arxa kamera dizaynını və arxa panelin qeyri-adi səthini görmək olar. Beləliklə qeyd etmək lazımdır ki, xarici görünüşcə yeni smartfon keçən ilki Magic V-ni xatırladır. Gövdənin ölçülərində heç bir dəyişiklik yoxdur. İşıqlandırma sistemi ilə Honor brendinin adı əvvəlki yerlərində yerləşiblər. Keçən ilki Magic V-dən yeni smartfonu arxa panelin bir qədər dəyişilmiş dizaynı fərqləndirir.
        Belə ki, Magic Vs modelinin arxa panelinin səthi dalğa formasında olan naxışlar ilə bəzədilib. Honor təqdimatdan öncə Magic Vs-nin texniki özəllikləri barəsində məlumat verməyib. Lakin sızdırılmış məlumatlara əsasən yeni qatlana bilən smartfon Snapdraogn 8+ Gen 1 prosessoru və 66 vatt gücündə sürətli şarj texnologiyalı 2 ədəd batareya (2030 mAh və 2870 mAh) batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, qatlana bilən Honor Magic Vs smartfonunun təqdimatı 23 noyabr tarixində Honor 80 flaqman smartfon seriyası ilə birlikdə təqdim olunacaq.
    Linki kopyala