
Honor sabah Honor Play seriyasının yeni smartfonunu təqdim edəcək
Honor şirkəti heç gözlənilmədən özünün Honor Play smartfon seriyasının yeni modelinin təqdimatını anons edib. Söhbət, Honor Play 50 Plus adlı smartfondan gedir. Şirkətin rəsmi anonsuna əsasən Honor Play 50 Plus artıq sabah təqdim olunacaq. Honor-un təqdim etmiş olduğu fotoya əsasən smartfonun necə bir xarici görünüşə sahib olacağını artıq indidən görmək olar. Fotoya əsasən, Honor Play 50 Plus smartfonu ikili arxa kameranı və yastı ekranı əldə edəcək. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Məlumata əsasən sözügedən yeni smartfon 12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 108 MP-lik əsas arxa kamera və 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər