Honor şirkəti bu həftə yeni qatlana bilən smartfonunu təqdim edə bilər
Cihazlar+
09.10.2023
Emil Nəcəfov
Honor şirkəti iyul ayında qatlana bilən Magic V2 smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun daha bir versiyasını təqdim etməyə hazırlaşır. Söhbət, Magic Vs 2-dən gedir. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən şirkət Magic Vs 2 smartfonunu artıq bu həftə Çində təqdim edəcək. Son məlumat sızıntılarına əsasən Magic Vs 2 modeli iyul ayında təqdim edilmiş Magic V2-dən daha nazik yüngül olacaq. Smartfon Qualcomm prosessoru vasitəsilə çalışmalı və özündə 5000 mAh enerji tutumlu batareyanı və 4 ədəd kameranı birləşdirməlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei nova 13 və nova 13 Pro təqdim olunub - QİYMƏTİ
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!