main-post-cover

    Honor şirkəti bu il ilk qatlana bilən smartfonunu satışa çıxarda bilər

    Cihazlar+
    01.02.2021
    Emil Nəcəfov
        Changan Digital King ləqəbli nüfuzlu insayderin verdiyi məlumata əsasən Honor şirkəti bu ilin sonuna kimi özünün ilk qatlana bilən smartfonunu satışa çıxartmağı planlaşdırır. Məlumatda qeyd edilib ki, bu smartfon Magic adlı seriyaya daxil olacaq. İnsayder bildirib ki, Honor şirkətinin ilk qatlana bilən smartfon modeli digər qatlana bilən smartfon olan Huawei Mate X-in əsasında hazırlana bilər. Qeyd etmək lazımdır ki, sözügedın smartfon Honor brendinin Huawei şirkətinin tərkibindən çıxmamışdan öncə hazırlanmışdı.
        Maraqlısı ondadır ki, məhz qatlana bilən smartfon modeli Honor şirkətinin premium seqmentinə aid ilk model ola bilər. Təəssüflər olsun ki, Honor şirkətinin qatlana bilən smartfonunun texniki özəllikləri barəsində hələ heç bir məlumat yoxdur. Şirkətin təmsilçiləri isə bu cür məlumata rəy bildirməyə tələsmirlər. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Honor özünün V40 adlı yeni flaqman smartfonunu təqdim etmişdi. Onun qlobal versiyasının aprel ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala