Reklam
Honor şirkəti Honor 60 və Honor 60 Pro smartfonlarını təqdim edib - QİYMƏTİ

Honor şirkəti Honor 60 və Honor 60 Pro smartfonlarını təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
12.02.2022 PAYLAŞIM

    Honor şirkəti öz yeni flaqman smartfonları olan Honor 60 Honor 60 Pro-nu təqdim edib. Sözügedən smartfonlar öz aralarında həm xarici həm də texniki özəlliklər baxımından fərqlənirlər. İlk öncə adi Honor 60-a nəzər salaq. Honor 60 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşir. Bununla yanaşı adi Honor 60 modelinin kənar hissələri əyilmiş dizaynda reallaşdırılıb. Qeyd etmək lazımdır ki, barmaq izi skanı texnologiyası hər iki modeldə ekrana inteqrasiya edilib. Əsas texniki özəlliklərə gəldikdə isə adi Honor 60 modeli 8 nüvəli Snapdragon 778G prosessoru, 8/12 GB RAM, 128\256 GB daxili yaddaş həcmi, 108 MP (f/1.9 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 112 dərəcə bucaq təsviri) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera və 32 MP-lik (f/2.4 diafraqma, 1080p videoların çəkilişi) ön kamera ilə təchiz olunub.


    Honor 60 Pro isə 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym OLED ekran ilə təchiz olunub. Honor 60 Pro-da da ön kamera ekranın yuxarı mərkəz hissəsindəki çıxıntı daxilinə yerləşdirilib. Lakin adi Honor 60-dan fərqli olaraq Honor 60 Pro-nun hər 4 tərəfi əyilmiş dizaynda reallaşdırılıb. Texniki özəlliklər baxımından Honor 60 Pro modeli 8 nüvəli Snapdragon 778G+ prosessoru, 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 108 MP (f/1.9 diafraqma) + 50 MP (f/2.2 diafraqma, 122 dərəcə bucaq təsviri) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera və 50 MP-lik (f/2.4 diafraqma, 100 dərəcə bucaq təsviri, 4K videoların çəkilişi) ön kamera ilə təchiz olunub.

    Hər iki smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Məlumata əsasən smartfonlar 50% enerjini 15 dəqiqə ərzində yığırlar. Smartfonlar həmçinin NFC texnologiyasına da sahibdirlər. Honor 60 modelləri Çin bazarında 10 dekabr tarixində satışa çıxacaqlar. Onların qlobal bazarda satışa çıxıb-çıxmayacaqları barəsində məlumat yoxdur. Smartfonların satış qiymətləri aşağıdakı kimidir:

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Honor 60 - 424$

- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 60 - 471$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 60 - 518$

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Honor 60 Pro - 581$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 60 Pro - 628$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×