
Honor şirkəti Honr X50 Pro smartfonu üzərində çalışır
Cihazlar+
19.12.2023
Emil
Honor şirkəti hal hazırda aktiv şəkildə Honor Magic 6 smartfon seriyasının təqdimatına hazırlaşır. Lakin insayderlərin vermiş olduqları məlumata əsasən şirkət Snapdragon prosessoru vasitəsilə çalışacaq yeni smartfon üzərində çalışır. Məlumatda qeyd edilib ki, söhbət, Honor X50 Pro smartfonundan gedir. İnsayderlərin sözlərinə əsasən Honor X50 Pro smartfonu Snapdraogn 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 1.5K keyfiyyətli ekrana sahib olacaq və özündə 5800 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Honor X50 Pro-nu bu ilin sonuna kimi gözləmək lazım deyil. Şirkət çox güman ki, sözügedən smartfonu gələn ilin əvvəlində təqdim edəcək.
Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
