Logo
    main-post-cover

    Honor şirkəti qatlana bilən qapaqlı smartfonunun hazırlanmasına start verib

    Cihazlar+
    12.06.2023
    Emil
        Samsung şirkətinin gözləntilərinə baxmayaraq alıcılar arasında Fold form-faktoruna deyil, Flip form-faktoruna sahib olan qatlana bilən smartfonlar daha çox məşhurluğa sahib olublar. Yəni söhbət, Galaxy Z Flip kimi qatlana bilən qapaqlı smartfonlardan gedir. Hələ keçən həftə məlumat ortaya çıxmışdı ki, hətta Xiaomi də bu cür form-faktora sahib smartfonu hazırlamağa başlayıb.
        Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Honor şirkəti də bu cür smartfonun hazırlanmasına start verib. Honor-un Flip form-faktoruna sahib smartfonu nəticədə Magic Flip adını əldə edə bilər. İnsayderin sözlərinə əsasən Honor-un qatlana bilən qapaqlı smartfonunun əsas üstünlükləri arasında yüngül çəki və nazik gövdə olacaq. Bununla yanaşı smartfonun Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Magic Flip-in gələn il təqdim olunacağı güman edilir.
    Paylaş
    Bənzər xəbərlər