Honor şirkəti V40 adlı yeni flaqman smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti V40 adlı yeni flaqman smartfonunu təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
22.01.2021 PAYLAŞIM

    Huawei-dən ayrılaraq müstəqil şirkətə çevrilmiş Honor öz yeni flaqman smartfonunu təqdim edib. Söhbət, Honor V40-dan gedir. Smartfonun əsas özəllikləri arasında təkmilləşdirilmiş kameralar, yüksək sürətli şarj texnologiyası və yüksək səviyyəli hamar ekran var. Qeyd etmək lazımdır ki, Huawei tərkibindən çıxması səbəbilə bu yeni smartfon Kirin prosessorundan imtina edib. Honor V40 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2676x1080 piksel keyfiyyətli 6.72 düym OLED ekrana sahibdir.


    Ekranın kənarları 80 dərəcə bucaq altında əyilmiş dizaynda reallaşdırılıblar. Bununla yanaşı ekranın yuxarı sol hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Əsas texniki özəlliklərə gəldikdə isə Honor V40 smartfonu 7 nanometrlik MediaTek Dimensity 1000+ prosessoru, Mali-G77 MC9 qrafik çipi, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.9 diafraqmalı Sony IMX766 kamera sensoru) + 8 MP (f/2.4 diafraqmalı ultragenişbucaqlı sensor) + 2 MP (makroobyektiv) + lazer avtofokus üçlü arxa kamera, 16 MP + ToF ikili ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Şirkətin verdiyi məlumata əsasən 66 vatt gücündə sürətli şarj texnologiyası sayəsində smartfon 15 dəqiqə şarj prosesi çərçivəsində 60% enerji yığa bilir. Qeyd etmək lazımdır ki, smartfon həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Smartfonda 5G dəstəyi mövcuddur. Honor V40 Magic UI 4.0 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. O artıq Çin bazarında satışa çıxıb. 128 GB daxili yaddaşa sahib model 556$-a, 256 GB daxili yaddaşa sahib model isə 618$-a satılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Pixel 6-nın keyfiyyətli render fotoları təqdim olunub

Google şirkətinin hələ təqdim olunmamış yeni Pixel smartfonlarının render fotoları internetdə ortaya..


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxıb

Hələ bir neçə müddət bundan öncə Xiaomi-nin ilk qatlana bilən smartfonu Mi Mix Fold-un satışa çıxmas..


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...

×