Logo
    main-post-cover

    Honor şirkəti yeni büdcəli smartfonu olan Honor Play 30M-i təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    04.11.2022
    Emil
        Bu ilin may ayında Honor şirkəti Çində Honor Play 30 adlı büdcəli smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun yeni versiyasını təqdim edib. Söhbət, Honor Play 30M modelindən gedir. Təqdim edilmiş yeni Honor Play 30M modeli Honor Play 30-dan 3 özəlliyə görə fərqlənir. Birinci özəllik ondan ibarətdir ki, barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. İkinci özəllik ondadır ki, yeni smartfon bir arxa kamera əvəzinə ikili arxa kamera ilə təchiz olunub. Üçüncü özəllik isə ondadır ki, Honor Play 30M modeli daha böyük RAM yaddaşına sahibdir.
        Beləliklə smartfon HD keyfiyyətli 6.5 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Əsas texniki göstəricilərə gəldikdə isə Honor Play 30M modeli Snapdragon 480+ (5G) prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 13 MP + 2 MP ikili arxa kamera, 5 MP-lik ön kamera və 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Play 30M smartfonu artıq satışa çıxıb və 177$ qiymətində satılır.
    Paylaş
    Bənzər xəbərlər