Logo
    main-post-cover

    Honor-un 3 qat qatlana bilən smartfonunun ilk fotoları ortaya çıxıb

    Cihazlar+
    19.11.2024
    Emil
         Huawei şirkəti sentyabr ayında ilk 3 qat qatlana bilən smartfonunu təqdim etmişdi. Söhbət, Huawei Mate XT smartfonundan gedir. Huawei Mate XT-nin təqdim olunmasından sonra məlumat ortaya çıxdı ki, bəzi şirkətlər də 3 qat qatlana bilən smartfon üzərində çalışırlar. Onların arasında Honor da var. İndi isə Honor-un ilk 3 qat qatlana bilən smartfonunun ilk fotoları ortaya çıxıb. Məlumata əsasən Honor-un bu smartfonu Honor Tri-Fold adlanacaq.
         Ortaya çıxmış fotolarda smartfonun yalnız arxa paneli əks olunub. Fotolardan da görmək olar ki, müəyyən vəziyyətdə onun gövdəsi Z hərfi formasındadır. Smartfon özündə iki ədəd şarnir konstruksiyasını birləşdirir. Onun arxa panelində isə 8 bucaqlı kamera sahəsi yerləşir. Qeyd etmək lazımdır ki, Honor-un bu smartfonda əsas məqsədlərindən biri də olduqca nazik gövdəyə nail olmaqdır. Honor Tri-Fold-un hansı texniki özəlliklərə sahib olacağı və nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş