Logo
    main-post-cover

    Honor-un CEO-su qatlana bilən Honor Magic Vs smartfonunun bəzi yeni özəlliklərini paylaşıb

    Cihazlar+
    22.11.2022
    Emil
        Artıq sabah Honor şirkəti qatlana bilən Honor Magic Vs smartfonunu təqdim edəcək. Təqdimata bir gün qalmış şirkət sözügedən smartfon barəsində bəzi məlumatları təqdim edib. Bu dəfə qatlana bilən yeni smartfon barəsində məlumatlar şirkətin CEO-su Zhao Ming tərəfindən təqdim edilib. Onun sözlərinə əsasən Magic Vs ənənəvi smartfonlar ilə müqayisədə bəzi üstünlüklərə sahib olacaq və yeni istifadəçi təcrübəsini təqdim edəcək. Zhao Ming Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında Magic Vs-in konstruksiyasının özəlliklərini ortaya çıxaran render fotoları təqdim edib.
        Render fotolara əsasən demək olar ki, smartfon qatlanma prosesi üçün nəzərdə tutulmuş tamamilə yeni növ şarnir texnologiyasını özündə birləşdirəcək. Bundan əlavə olaraq təqdim edilmiş render fotolar smartfonun bəzi dizayn özəlliklərini də sərgləyir. Məlumata əsasən Honor Magic Vs modeli xarici görünüşcə keçən ilki Magic V-ni xatırladacaq. Yeni modelin arxa panelində üç kamera obyektivi yerləşəcək, daxili ekran isə stilus dəstəyini əldə edəcək. Honor Magic Vs modeli Snapdragon 8+ Gen 1 prosessoru və 66 vatt gücündə sürətli şarj texnologiyalı 2 ədəd batareya ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər