
Honor şirkəti yeni qatlana bilən smartfon üzərində çalışır. Söhbət, Honor Magic V2-dən gedir. İnsayderlər Honor-un bu yeni qatlana bilən smartfonu barəsində məlumat veriblər. Beləliklə onların sözlərinə əsasən Honor Magic V2 çox nazik və yüngül olacaq. Məlumatda qeyd edilib ki, yeni qatlana bilən smartfon bu ilin üçüncü rübündə təqdim ediləcək və öz ölçüləri baxımından qatlana bilən Huawei Mate X3 ilə rəqabət aparacaq. Daha öncəki məlumat sızıntılarına əsasən Honor Magic V2 90 Hz-lik təsvir yenilənməsinə sahib 2272x1984 piksel keyfiyyətli 7.9 düym daxili ekran və 6.45 düym xarici ekran ilə təchiz oluna bilər. Smartfonun Snapdragon 8+ Gen 1 prosessoru ilə çalışacağı güman edilir.