Logo
    main-post-cover

    'HONOR'un yeni modellərinin təqdimatı sentyabrın 1-də keçiriləcək: Harada və nə zaman izləmək olar?

    Cihazlar+
    30.08.2023
        “HONOR” şirkəti sentyabrın 1-də Bakı vaxtı ilə saat 12:00-da Berlində IFA beynəlxalq sərgisi çərçivəsində “Gələcəyi Kəşf Et” adlı təqdimat mərasimi təşkil edəcək.
        Qeyd etmək lazımdır ki, bu il İFA-nın rəsmi açılışını məhz “HONOR” edəcək və bu sərginin ilk təqdimatı olacaq.
        Çox güman ki, məşhur brend təqdimatda özünün yeni “Magic” seriyasından qatlanan smartfonlarını, qabaqcıl planşetlərini və qlobal bazar üçün digər yeni cihazlarını anons etməyi planlaşdırır. Təqdimatdan canlı yayımı “HONOR”un rəsmi YouTube” kanalında izləyə bilərsiniz.
        Onu da xatırladaq ki, “IFA 2023” beynəlxalq sərgisi sentyabrın 1-dən 5-dək ənənəvi olaraq Berlində keçiriləcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    'HONOR'un yeni modellərinin təqdimatı sentyabrın 1-də keçiriləcək: Harada və nə zaman izləmək olar? | Technote