
Honor Watch 5 smart saatı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
31.10.2024
Emil
Honor şirkəti Honor Watch 5 adlı yeni smart saatını təqdim edib. Şirkətin bu yeni smart saatı 60 Hz-lik təsvir yenilənməsinə sahib 450x390 piksel keyfiyyətli 1.85 düym ölçülü AMOLED ekranla təchiz olunub. Smart saatın gövdəsi 5ATM və IP68 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Honor Watch 5 ürək döyüntüləri tezliyini, qandakı oksigen miqdarını ölçə bilir və yuxu keyfiyyətini monitorinq edir. Smart saat özündə eSIM, Bluetooth 5.2, GPS dəstəyini birləşdirir. Honor Watch 5 480 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nəticədə bir dəfə şarj olunandan sonra o, 15 gün ərzində çalışa bilir. Honor Watch 5-in Çində qiyməti 140$ təşkil edir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
