Logo
    main-post-cover

    Honor X40 GT Racing Edition adlı smartfonun təqdimatı anons edilib

    Cihazlar+
    20.09.2023
        Keçən ilin oktyabr ayında Honor şirkəti X40 GT adlı smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun yeni versiyasının təqdimatını anons edib. Smartfonun yeni versiyası Honor X40 GT Racing Edition adını əldə edib. Şirkətin təqdim etmiş olduğu posterə əsasən smartfon artıq sabah təqdim ediləcək. Posterdən də görmək olar ki, Honor X40 GT Racing Edition modeli xarici görünüşcə Honor X40 GT-dən heç də fərqlənməyəcək. Smartfonun texniki göstəriciləri barəsində məlumat hələ yoxdur.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Honor X40 GT Racing Edition adlı smartfonun təqdimatı anons edilib | Technote