main-post-cover

    Honor X40 GT Racing Edition smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.09.2023
    Emil Nəcəfov
        Honor şirkəti X40 GT Racing Edition adlı yeni smartfonunu təqdim edib. Sözügedən smartfon 1 il bundan öncə təqdim edilmiş Honor X40 GT modelinin yeni versiyasıdır. Yeni smartfon keçən ilki modeldən sadəcə bəzi vizual özəlliklər ilə fərqlənir. Texniki göstəricilər baxımından isə smartfonlar eynidirlər. Honor X40 GT-dən fərqli olaraq X40 GT Racing Edition modelinin arxa qapağı ya taxtanı ya da metalı xatırladan dizayn tərtibatına sahibdir. Smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.81 düym LCD ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Honor X40 GT Racing Edition smartfonu Snapdragon 888 prosessoru, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MagicUI 7.0 interfeysli Android 12 vasitəsilə çalışır. Honor X40 GT Racing Edition artıq Çin bazarında satışa çıxıb. 256 GB yaddaşa sahib versiya 246$-a, 512 GB yaddaşa sahib versiya isə 274$-a satılır. Onun qlobal bazarda satışa çıxıb-çıxmayacağı məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər