Logo
    main-post-cover

    Honor X40 GT Racing Edition smartfonunun fotoları təqdim edilib

    Cihazlar+
    20.09.2023
    Emil
        Honor şirkəti Honor X40 GT smartfonunun yeni versiyası olacaq X40 GT Racing Edition smartfonunun təqdimatını artıq anons edib. Smartfon sabah Çində təqdim ediləcək. İndi isə insayderlər Honor X40 GT Racing Edition smartfonunun fotolarını təqdim ediblər. Təqdim edilmiş fotolar bir daha onu təsdiqləyirlər ki, yeni smartfon xarici görünüşcə Honor X40 GT-dən heç də fərqlənməyəcək. Yeni smartfon yastı ekran əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşəcək. Arxa paneldən isə smartfon 3 ədəd kamera obyektivini əldə edəcək. Honor X40 GT Racing Edition modelinin keçən ilki X40 GT-dən texniki göstəricilər mövzusunda fərqlənib-fərqlənməyəcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər