
Honor X50-nin qlobal bazarda təqdimatı hazırlaşır
Cihazlar+
13.10.2023
Emil
Honor şirkəti yay fəslində Çində Honor X50 smartfonunu təqdim etmişdi. İndi isə məlum olub ki, şirkət sözügedən smartfonun qlobal versiyasının təqdimatına hazırlaşır. Honor-un Malayziya üzrə şöbəsi sosial şəbəkələrdə Honor X50-nin qlobal versiyasının tizer fotosunu təqdim edib. Tizer fotoya əsasən smartfonun qlobal versiyası tamamilə fərqli ad ilə satışa çıxacaq.

Belə ki, smartfon qlobal bazarda Honor X9b adı ilə satılacaq. Smartfonun qlobal bazarda yaxın zamanda təqdim olunacağı gözlənilir. Texniki göstəricilərə gəldikdə isə Honor X9b-nin 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.78 düym AMOLED ekran, Snapdragon 6 Gen 1 prosessoru, 108 MP + 2 MP ikili arxa kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
OLED ekranlı ilk MacBook nə zaman təqdim olunacaq?
Ross Young adlı məşhur insayder Apple şirkətinin OLED ekranlı MacBook-u nə zaman təqdim edəcəyi barəsində məlumat verib.

Cihazlar+
Snapdragon 8 Gen 3 prosessorunu ilk əldə edəcək smartfonların siyahısı təqdim edilib
Qualcomm şirkəti artıq bu ayın sonunda Snapdragon 8 Gen 3 flaqman prosessorunu təqdim edəcək.

Cihazlar+
Huawei öz smartfonlarına mikroskopik kameranı inteqrasiya edəcək
Studimo adlı saytın təqdim etmiş olduğu 48 səhifəlik PDF sənəddə Huawei şirkətinin mikroskopik kamerası barəsində məlumatlar əks olunub.

Cihazlar+
Yaxın 5 ildə ekranları avtomatik bərpa olunan smartfonlar satışa çıxacaqlar
CCS Insight şirkətinin analitiklərinin proqnozlarına əsasən 2028-ci ilə qədər bazarda ekranları avtomatik şəkildə bərpa olunan smartfonlar satışa çıxacaqlar.

Elm & Texnologiya
Apple Watch Series 1 smart saatının dəstəyi tamamilə dayandırılıb
Apple şirkəti çoxdan satışa çıxmış cihazlarını zaman-zaman artıq köhnəlmiş cihazlar siyahısına daxil edir.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
