Logo
    main-post-cover

    Honor X50-nin texniki özəllikləri ortaya çıxıb

    Cihazlar+
    26.05.2023
    Emil
        Honor şirkətinin hazırladığı yeni smartfonlardan biri də Honor X50-dir. Sözügedən yeni smartfon Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Nəticədə smartfonun texniki özəllikləri məlum olub. Beləliklə məlumata əsasən Honor X50 smartfonu Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 8/12/16 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini birləşdirəcək. Honor X50 1.5K keyfiyyətli 6.78 düym OLED ekran ilə təchiz olunacaq. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Smartfon 108 MP + 2 MP ikili arxa kameraya, 8 MP-lik ön kameraya və 5700 mAh enerji tutumlu batareyaya sahib olacaq. Honor X50-nin nə zaman təqdim ediləcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər