
Honor X50 smartfonu təqdimata hazırlaşır
Cihazlar+
05.06.2023
Emil
Honor şirkəti bir neçə müddət bundan öncə Honor 90 ilə Honor 90 Pro-nu təqdim etmişdi. İndi isə şirkət Honor X50 adlı büdcəli smartfonun təqdimatına hazırlaşır. Məlumata əsasən Honor X50 smartfonu Çinin TENAA adlı sertifikatlaşdırma agentliyində sertifikatlaşdırmadan keçib. Smartfonun artıq sertifikatlaşdırmadan keçməsi onun yaxın zamanda təqdim ediləcəyinə işarə edir. TENAA-da ortaya çıxmış məlumata əsasən Honor X50 smartfonu 2652x1200 piksel keyfiyyətli 6.78 düym AMOLED ekran ilə təchiz olunacaq. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya ediləcək. Daha öncəki məlumat sızıntılarına əsasən Honor X50 Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışmalı, 128/256/512 GB daxili yaddaş həcmi və 5800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
