Honor X50 smartfonunun fotosu ortaya çıxıb

Honor X50 smartfonunun fotosu ortaya çıxıb

Mobil Cihazlar
02.05.2023 PAYLAŞIM

    Honor şirkəti keçən ilin payız fəslində Honor X40 adlı smartfonu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı üzərində çalışır. Söhbət, Honor X50-dən gedir. Çinin Weibo adlı sosial şəbəkəsində Honor X50-nin fotosu ortaya çıxıb. Ortaya çıxmış fotodan da görmək olar ki, Honor X50 smartfonu xarici görünüşcə Honor X40-a bənzəyir. Honor X50 modeli ön paneldən yastı ekrana, arxa paneldən isə ikili kameranı özündə birləşdirən dairəvi kamera sahəsinə sahib olacaq. Texniki göstəricilərə gəldikdə məlumata əsasən smartfon 6.67 düym ekran, Snapdragon 695 prosessoru, 50 MP + 2 MP ikili arxa kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Honor X50-nin nə zaman təqdim olunacağı bilinmir.




DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×