main-post-cover

    Honor X50 smartfonunun yenilənmiş versiyası hazırlanır

    Cihazlar+
    02.10.2023
    Emil Nəcəfov
        Ortaya çıxmış məlumata əsasən Honor şirkəti özünün Honor X smartfon seriyasının yeni modeli üzərində çalışır. Söhbət, iyul ayında təqdim edilmiş Honor X50 smartfonunun yenilənmiş versiyasından gedir. Məlumatda qeyd edilib ki, yenilənmiş Honor X50 modeli ön paneldən eyni ekranı əldə edəcək. Yəni söhbət, kənarları əyilmiş və yuxarı mərkəz hissədə ön kamera üçün kiçik dairəvi çıxıntıya sahib ekrandan gedir.
        Yeni smartfonun arxa panelinə gəldikdə isə o daha çox qatlana bilən Huawei Mate X5 smartfonunun arxa panelini xatırladacaq. Yenilənmiş Honor X50-nin texniki göstəricilərində hansısa dəyişikliyin olacağı gözlənilmir. Buna görə də smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, Snapdragon 6 Gen 1 prosessoru, 16 GB-a kimi RAM, 512 GB-a kimi daxili yaddaş həcmi və 108 MP-lik əsas arxa kamera ilə təchiz olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər