
Honor X50i+ adlı yeni büdcəli smartfon təqdimata hazırlaşır
Honor şirkəti Honor X smartfon seriyasının yeni büdcəli modelini təqdim etməyə hazırlaşır. Söhbət, Honor X50i+ smartfonundan gedir. Məlumata əsasən sözügedən yeni büdcəli smartfon Full HD+ keyfiyyətli 6.7 düym LCD ekranla təchiz olunmalı və 5G dəstəkli prosessor vasitəsilə çalışmalıdır. Bundan əlavə olaraq smartfon özündə 108 MP-lik əsas arxa kameranı və 35 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Məlumatda qeyd edilib ki, Honor X50i+ smartfonu bazara ilki gövdə rəngində satışa çıxacaq. Qradient çəhrayı və qradient mavi. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...