Logo
    main-post-cover

    Honor X50i smartfonunun real fotoları ortaya çıxıb

    Cihazlar+
    17.04.2023
    Emil
        Honor şirkəti Honor X50i smartfonu üzərində çalışır. İndi isə sözügedən smartfonun real fotoları internetdə ortaya çıxıb. Ortaya çıxmış fotolar vasitəsilə smartfonun xarici görünüşünü və onun sahib olacağı bəzi texniki özəllikləri qiymətləndirmək olar. Beləliklə ortaya çıxmış fotolardan birinə əsasən Honor X50i smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2388x1080 piksel keyfiyyətli 6.7 düym IPS ekran ilə təchiz olunacaq. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək.
        Məlumatda qeyd edilib ki, smartfonun ön kamerası 8 MP-lik olacaq. Onun arxa panelində isə 108 MP + 2 MP ikili arxa kamera və LED işıqlandırma yerləşəcək. Honor X50i smartfonu MediaTek Dimensity 6020 prosessoru vasitəsilə çalışacaq və özündə 8/12 GB RAM-ı və 128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. Batareyaya gəldikdə isə smartfon 35 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Honor X50i smartfonunun nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər